HAQQIMIZDA

 “A-CONSTRUCTİON LTD” MMC (VÖEN: 1801184511) 2010-cu ilin may ayında dövlət qeydiyyatına alınmışdır.


Əsas fəaliyyət növləri bina və obyektlərin təmir-tikintisi və quraşdırılmasından ibarətdir Bundan əlavə Şirkət tikinti materiallarının və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin , kənd təsərrüfatı texnikalarının idxalı və topdansatışı ilə də məşğuldur.


Yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün Xüsusi razılıq (Lisenziya) alınmışdır.


Respublika əhəmiyyətli obyektlərin o cümlədən Bakı Olimpiya Stadionu və SOCAR üçün inzibati binanın tikintisində və mal-material təchizatında mühüm rol oynamışdır.


Şirkət fəaliyyət göstərdiyi illərdə müxtəlif müəsissə və təşkilatlarla , o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi (Müxtəlif təyinatlı avadanlıq və qurğuların quraşdırılması və tikintisi) ; Məcburi Köçkünlərin Sİ Fondu (Zəmanət müddəti başa çatmış 45 ictimai yaşayış binasında təmir işləri) ; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Əlil və şəhid ailələri üçün fərdi evlərin tikintisi) ; “SOCAR PETROLEUM” QSC (QSC-yə məxsus YDM-lərdə tikinti quraşdırma və təmir işləri) ; "İNŞAAT SERVİSEZ" MMC (Caspian Waterfront layihəsində soyuq su paylayıcı və ötürücü sistemlərin qurulması) ; Türkiyənin “Tekfen İnşaat və Təsisat Anonim Şirkəti ”nin Azərbaycan Nümayəndəliyi (Bakı Olimpiya Stadionu və SOCAR üçün inzibati binanın tikintisi layihələri üzrə) "MKT İstehsalat Kommersiya " MMC (Kənd Təsərrüfatı texnikası və ehtiyat hissələrinin satışı) ; SOCAR NƏQLİYYAT İDARƏSİ (Müxtəlif avtomobil ehtiyyat hissələrinin satışı) və digər müəsissə və təşkilatlarla alqı-satqı , iş və xidmət əməliyyatları həyata keçirmişdir.


İşlərin görülməsi və xidmətlərin göstərilməsində Şirkətin istifadəsində olan müxtəlif maşın-mexanizm və texnikalardan istifadə olunur.İş prosesində tələbata uyğun olaraq müvəqqəti istifadə üçün əlavə texnika və avadanlıqlar da əldə olunur.Cəmiyyətdə orta hesabla 150 nəfər işçi o cümlədən yüksək səviyyəli mütəxəssislər çalışır.


Şirkətin qarşılıqlı əməliyyatlar apardığı müəsissə , təşkilatlarla və müvafiq Dövlət orqanları ilə heç bir mübahisəsi yaranmamış,eyni zamanda müəssisınin heç bir məhkəmə çəkişməsi olmamışdır.Şirkətin sahibkarlıq fəaliyyəti müvafiq nəzarət orqanları tərəfindən yoxlamalarla əhatə olunmuş , Auditorlar Palatasınin mütəxəsisi Cəmiyyətin maliyyə-təsərüffat fəaliyyətinə müsbət rəy vermişdir.